Azərbaycanın iri kommersiya bankında yeni təyinat

Azərbaycanın iri kommersiya bankında yeni təyinat | alkredit.az

Cavid Quliyev "PAŞA Bank"da İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri təyin edilib. C.Quliyev daha əvvəl "Kapital Bank"ın Müşahidə Şurasının tərkibinə daxil olub.

Yanvarın 21-də "Kapital Bank"ın baş ofisində səhmdarların ümumi yığıncağı keçirilib. "Kapital Bank"dan bildirib ki, onun yeni işə keçməsi ilə əlaqədar bu gün Müşahidə Şurasının üzvü vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda bankdan əlavə ediblər ki, C.Quliyevin mövqeyi hələ vakant qalır.

Mənbə: Trend