Azərbaycanın sığorta bazarı 21,3% artıb

Azərbaycanın sığorta bazarı 21,3% artıb | alkredit.az

Bu ilin yanvar ayında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə 76,3 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur.

Ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 13,4 milyon manat təşkil edib. Bu da ötən ilin yanvar ayına nisbətən 29,4% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,5 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 16,4 manat olub.

Həyat sığortası bazarında yığım 53,1%, ödəniş 6,6 dəfə artıb

2016-cı ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 16,4%-i və yaxud 12,5 milyon manatı həyat sığortasının payına düşüb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 53,1% böyüyüb.

Həyat sığortasındakı yığımların 47%-i və yaxud 5,9 milyon manatı həyatın ölüm halından sığortasının, 36,4%-i və yaxud 4,5 milyon manatı həyatın yaşam sığortasının, 16,6%-i və yaxud 2,1 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

Ay ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 4,3 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 31,9%-ni təşkil etməklə, 2015-ci ilin eyni dövrün nisbətən 6,6 dəfə çoxdur.

Həyat sığortasında ödənişlərin 95,4%-i və yaxud 4,1 milyon manatı həyatın yaşam sığortasının, 2,5%-i və yaxud 105,4 min manatı həyatın ölüm halından sığortasının, 2,1%-i və yaxud 90,5 min manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 34 manat ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 8 manat olub.

Qeyri-həyat sığortası bazarında yığım 16,6% artıb, ödəniş 5,9% azalıb

Bu ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 63,8 milyon manatı və ya 83,6%-i qeyri-həyat sığortasının payına düşüb. A2015-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası bazarı 16,6% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 57,8%-i və yaxud 36,9 milyon manatı tibbi sığortanın, 10,8%-i və yaxud 6,9 milyon manatı hava nəqliyyatı vasitələrinin sığortasının, 9%-i və yaxud 5,7 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 7,4%-i və yaxud 4,7 milyon manatı avtomobillərin icbari sığortasının, 4,3%-i və yaxud 2,7 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 3,3%-i və yaxud 2,1 milyon manatı hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının, 2,6%-i və yaxud 1,7 milyon manatı kasko sığortasının, 2,1%-i və yaxud 1,4 milyon manatı ümumi mülki məsuliyyətin sığortasının, qalan 2,7%-i və yaxud 1,7 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Ay ərzində sığorta ödənişlərinin 68,1%-ni və ya 9 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2015-ci ilin eyni dövrünə nisbətən 5,9% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 49,1%-i və ya 51,3 milyon manatı tibbi sığortanın, 26,5%-i və ya 2,4 milyon manatı avtomobillərin icbari sığortasının, 13,4%-i və ya 1,2

milyon manatı kasko sığortasının, qalan 11%-i və ya 1 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payınü düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,3 manatı ödəniş edilib. Bu rəqəm ötən ilin yanvar ayında 17,7 manat olub.

Sığorta bazarının 83,3%-i könüllü formalaşıb

2016-cı ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 83,3%-i və yaxud 63,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24,9% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 12,7 milyon manat və yaxud bazarın 16,7%-ni təşkil edib. 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanın icbari sığorta bazarı 6,1% böyüyüb.

Ay ərzində ümumi ödənişin 76%-i və yaxud 10,2 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş ötən ilin yanvar ayı ilə müqayisədə 34,5% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 3,2 milyon manat və yaxud ümumi bazarın 24%-ni təşkil edib. Bu da ötən ilin yanvar ayına nisbətən 15,6% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 16 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 14,8 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 23,1 manatdan 25,2 manata qalxıb.