Azərbaycanın tikinti sektorunda bir ilk

Azərbaycanın tikinti sektorunda bir ilk | alkredit.az

“Açarını təhvil al, ödəməyə sonra başla”

Tikinti şirkətləri bir-birindən fərqli kampaniyalarını davam etdirirlər. “Marja” xəbər verir ki, Azərbaycan tikinti sektorunda hər zaman ilklərə imza atmış “AAAF-İnşaat” tikinti şirkəti qısamüddətli kampaniyaya start verib.

Yeni kampaniyaya əsasən, hər mənzil almaq istəyən Azərbaycan vətəndaşı “AAAF Park” Yaşayış Kompleksinin 19 saylı küçəsində inşa edilən 15 mərtəbəli yeni yaşayış massivindən 1, 2 və 3 otaqlı mənzilləri çox rahat şərtlərlə əldə edə biləcək. Alıcı aylıq ödənişlərə, ancaq mənzilin açarını təhvil aldıqdan sonra başlayacaqdır.

İLKİN TƏMİR HƏDİYYƏ

Bundan başqa, yeni şərtlərlə mənzil alan hər bir yeni "AAAF Park" sakininin evinin ilkin təmir işləri şirkət tərəfindən hədiyyə olunacaqdır.

FAİZSİZ DAXİLİ KREDİT

Həmçinin yeni şərtlərlə mənzil faizsiz daxili kreditlə təklif olunur. Ayda cəmi 92 manat ödəyərək də mənzil sahibi ola bilərsiniz.  Alıcıların seçəcəyi ildən asılı olaraq ilkin ödəniş 9% və ya 19% olaraq dəyişir.

Məsələn; 10 ilədək ödəmə şərtləri ilə mənzil almaq istəyən şəxs 9% ilkin ödəniş edərək mənzil sahibi ola bilər. Belə ki, kampaniyaya əsasən, məs., 28.7 m² sahəli 1 otaqlı mənzil əldə etmək istəyirsinizsə, evin tam dəyərinin – 27 265  manatın (mənzilin 1m²=950 manatdan hesablanmışdır) 9%-ini, yəni 2 454 manatını ilkin ödəniş etməli, qalıq borc məbləği – 24 811 manat isə heç bir illik %  dərəcəsi hesablanmadan 10 ilədək bölmək mümkündür. Bu zaman ayda 206.76 manat ödəməklə mənzil sahibi  olacaqsıınız.

20 ilədək ödəmə şərtləri ilə mənzil almaq istəyən şəxs isə ən az 19% ilkin ödəniş edərək mənzil sahibi olacaq. Belə ki, kampaniyaya əsasən, məs., 28.7 m² sahəli 1 otaqlı mənzil əldə etmək istəyirsinizsə, evin tam  dəyərinin – 27 265  manatın (mənzilin 1m²=950 manatdan hesablanmışdır)  19%-ini, yəni  5 180 manatını  ilkin ödəniş etməli, qalıq borc məbləği – 22 084 manat isə heç bir illik % dərəcəsi hesablanmadan 20 ilədək bölünəcək və bu zaman ayda 92 manat ödəməklə mənzil sahibi  olacaqsıınız.

Kampaniyanın müddəti Mayın 10-na qədərdir.

Əlavə məlumat üçün: *6464 və ya (012) 310 0 410 / (012/050/055) 408 64 64
Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospketi, 167.