Azərbaycan gələn il xarici dövlət borcu ilə bağlı xərcləri 35% artıracaq

Azərbaycan gələn il xarici dövlət borcu ilə bağlı xərcləri 35% artıracaq | alkredit.az

Azərbaycanın 2016-cı ildə xarici dövlət borcu üzrə ödənişlərə  948,671 mln. manatın ayrılması proqnozlaşdırılır. Bunun 214,234 mln. manatı faiz, 734,437 mln. manatı isə əsas borc üzrə ödənişlərə yönəldiləcək.

2016-cı il dövlət büdcəsi layihəsinə görə, gələn il daxili dövlət borcu üzrə ödənişlər 301,065 mln. manat həcmində proqnozlaşdırlır. Bunun 43,624 mln. manatı faiz, 257,441 mln. manatı isə əsas borc üzrə ödənişlərin payına düşür.

Nəticədə, illik müqayisədə xarici dövlət borcu üzrə ödənişlərin 35%, daxili dövlət borcu üzrə isə 4,1 dəfə artacağı gözlənilir.

Gələn il üçün daxili dövlət borclanmasının yuxarı həddinin 2,5 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddinin isə 1,5 mlrd. manat həcmində təsdiq edilməsi proqnozlaşdırılır. Nəticədə, 2015-ci il ilə müqayisədə daxili dövlət borclanmasının yuxarı həddi 67% artırılacaq, xarici borclanmanın yuxarı həddi isə sabit qalacaq.

Qeyd edək ki, 2016-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 1,698 mlrd. manat məbləğində nəzərdə tutulub. Onun maliyyələşdirilməsi özəlləşdirmə və daxili və xarici borclanmadan daxilolmalar, xarici qrantlar və 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

 

mənbə:report