Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb | alkredit.az

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,28 dollar yaxud 0,74% ucuzlaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37,36 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

mənbə:report