Azərbaycan neftinin qiyməti 51 dolları keçib

Azərbaycan neftinin qiyməti 51 dolları keçib | alkredit.az

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,69 dollar və yaxud 1,36% bahalaşıb.

"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,31 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Qeyd edək ki, dünən Brent neftinin qiyməti 50,51 dollaradək çıxmışdı. Bununla bağlı olaraq, "Azeri LT CIF" də bahalaşıb.

Bu gün qiymətlər isə yenidən 49 dollar səviyyələrinə düşüb.

ABŞ-da Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, neft ehtiyatları ötən həftə 4.23 milyon barel azalıb, həmçinin ölkədə hasilat ardıcıl 11 həftədir geriləyir.

Neft qiymətləri, Yanvar ayında 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından, Nigeriya, ABŞ və OPEC-ə daxil olmayan ölkələrdəki hasilatın azalmasının təsirilə 85%-dən çox yüksəlib. Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2 İyuldakı iclasında bir istehsal hədəfi müəyyən etməyərək, Səudiyyə Ərəbistanının rəqibləri sıxışdırmaq siyasətini davam etdirəcək.

"Melbournede IG Ltd"nin analitiki Angus Nicholson, "50 dollar səviyyəsi hazırda bazar üçün psixoloji seviyyədir. Son dövrdəki "rallinin" böyük hissəsi, Kanadadakı meşə yanğını və Nigeriyadakı hadisələrdən qaynaqlanıb. Bir nöqtədə bir geri çəkilmənin qaçılmaz olduğunu hesab edirəm" şəklində fikir bildirib.

Qərbi Texas nefti (WTI) Nymex bazarında 0,8% düşərək 49.16 dollara, Brent nefti, Londonda ICE Futures Europe bazarında 1% faiz düşərək bareli 49.21 dollara enib. Dünən Brent neftinin barelinin qiyməti 50.51 dollara qədər çıxmışdı.

mənbə:marja