Azərbaycan Sənaye Bankı 3 filialını birləşdirəcək

Azərbaycan Sənaye Bankı 3 filialını birləşdirəcək | alkredit.az

Azərbaycan Sənaye Bankı filial şəbəkəsinin optimallaşdırılmasına başlamışdır.

Bankdan  daxil olmuş məlumata görə, müştərilərə verilən xidmət keyfiyyətinin daha da artırılması məqsədi ilə aparılan optimallaşdırma prosesinə əsasən müxtəlif meyarlara görə seçilmiş Elmlər Akademiyası, Nərimanov və Həzi Aslanov filialları bankın daha böyük və strateji mövqeyə malik digər filialları ilə birləşdiriləcək, adıçəkilən filialların isə fəaliyyəti dayandırılacaqdır.

Filialların müştərilərinə bundan sonra bankın digər filialları vasitəsilə xidmət göstəriləcəkdir.

Bankın digər filialları haqqında məlumatı www.asb.az ünvanından əldə edilə bilər.

Bankın “Park Bulvar” alış-veriş mərkəzində fəaliyyət göstərən ASB Park Bulvar filialı bayram və istirahət günləri də daxil olmaqla ilin 365 günü səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərir.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildən fəaliyyətə başlayıb. Bankın məcmu kapitalının həcmi 69 milyon manat (Mərkəzi Bankın tələbi 50 milyon manat), kapitalın adekvatlıq əmsalı 27-%-dən çoxdur (Mərkəzi Bankın tələbi 12%-dir), ani likvidlik əmsalı 130% (Mərkəzi Bankın tələbi 30%).

mənbə:marja