Azərbaycan Sənaye Bankının Müşahidə Şurasında dəyişiklik

Azərbaycan Sənaye Bankının Müşahidə Şurasında dəyişiklik | alkredit.az

Azərbaycan Sənaye Bankının (ASB) Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.

Bu barədə  bankın marketinq departamentinin rəhbəri Rafiq Şahverdiyev bildirib.

Onun sözlərinə görə, MŞ-nın üzvlərindən birini – Əhməd Yamanı Savaş Uzan əvəz edib. Savaş Uzan indiyə qədər ASB-nin daxil olduğu “Azərsun Holdinq”in baş direktoru olub. Hazırda ASB-nin MŞ-na Zeynəb Konyar rəhbərlik edir.

MŞ-nın digər üzvü isə AliReza Firouzidir.

Mənbə: fins.az