Azərbaycanda 1,8 milyon manat valyuta gəliri əldə edib

Azərbaycanda 1,8 milyon manat valyuta gəliri əldə edib | alkredit.az

"Bank Melli İran" Bakı filialı cari ilin 9 ayını mənfəət ilə başa vurub.

Filial yanvar-sentyabr ayları üzrə 695,57 min manat xalis mənfəət əldə edib.

Bankın cəmi xərcləri 4 milyon 79 min manat təşkil edib. O cümlədən, bankın cəmi gəlirlərinin 2 milyon 169 min manatını faiz gəlirləri, 1 milyon 812 milyon manatını xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlir təşkil edib.

4 milyon 79 min manat cəmi gəlirlərə qarşı Bankın cəmi xərcləri isə 3 milyon 384 min manat təşkil edib və nəticədə təxminən 695 min manatlıq mənfəət qalıb.

30 Sentyabr 2015-ci il tarixinə "Bank Melli İran" Bakı filialının cəmi aktivləri 85,2 milyon manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 11,2% çoxdur.

Eyni tarixdə filialın kredit portfeli 9,84 milyon manat olub. Ötən ilin sonunda Bank 5,69 milyon manat kredit portfelinə malik idi. Bundan başqa, Bankın maliyyə instutlarına 38,7 milyon manat vəsaiti verib. Bu məbləğ ötən ilin sonunda təxminən 25 milyon manat idi.

30 Sentybar 2015-ci il tarixində "Bank Melli İran" Bakı filialı 33,86 milyon manat cəmi öhdəlikləriə, 51,32 milyon manat cəmi kapitala malik olub.

mənbə:marja