Azərbaycanda Bitcoin dileri fəaliyyətə başlayacaq

Azərbaycanda Bitcoin dileri fəaliyyətə başlayacaq | alkredit.az

Azərbaycanda Bitcoin "Exchange" olacaq.

Yaxın gələcəkdə virtual valyuta olan Bitcoini Azərbaycanda alıb və satmaq mümkün olacaqdır.

Yeni btc.az portalı (Bitcoin Exchange in Azerbaijan) yaradılır. Layihənin təşəbbüsçüləri Təbriz  Əliyev və Tural Həsənovdur.

Layihənin icraçıları “Marja”ya bildirdilər ki, hazırda sistemin işə salınması üçün işlər görülür:

“İlkin mərhələdə planımız əhalinin Bitcoin texnologiyasi haqda məlumatlandırmaq, işləmə mexanizmi başa salmaq, Bitcoin almağın hansı müsbət və mənfi tərəfləri olduğu barədə və s. məlumatları öturməkdir. İkinci mərhələdə insanların rahat şəkildə Bitcoin alış və satış etməsini təmin etməkdir. Biz bu dövrdə diler kimi fəaliyyət göstərməyi planlaşdırırıq. Və son mərhələdə, ölkədə artıq yetərli qədər Bitcoin istifadəçisi olduqda, biz birja kimi alış və satış etmək istəyən istifadəçiləri birləşdirəciyik”.

BİTCOİN- ALTERNATİV SƏRMAYƏ ALƏTİ

Layihənin təşəbbüssçüləri, “başladığımız işə kifayət qədər ciddi yanaşırıq” deyərək sözlərinə belə davam etdilər:

“Hal-hazırda biznes proseslerinin ölkə qanunvericliyinə tam şəkildə uyğunluğunun təmin edilməsi üçün araşdırmalar aparılır. Bildiyimiz kimi dünyada iqtisadi böhran şəraiti və eləcədə dünya birjalarındakı durğunluq, yüksək volatillik davam etməkdədir. Bu səbəbdən alternativ investisiyalara olan maraq günbəgün artmaqdadır. Bitcoin-in gələcəkdə Azərbaycanda əhali və potensial investorlar üçün alternativ yatırım aləti olması əsas məqsədlərimizdəndir”.

Qeyd edildi ki, hal-hazırda Azərbaycan qanunvericiliyində Bitcoin-in investisiya vasitəsi olmasına, alış satışının həyata keçirilməsinə dair hüquqi əngəl mövcud deyil:

“Azərbaycanda ödəniş sistemlərinin təkmilləşməsi gələcəkdə virtual ödəniş vasitələrinə olan marağı artıra bilər ki, bu da Bitocin-ə olan marağı daha da artıracaq. Dünyanın bir çox ölkələrində qanunverici orqanlar Bitcoin üçün qanun layihələri hazırlanmaqdadır. Azərbaycanda da bu istiqamətdə müvafiq orqanlar virtual valyutalar üçün araşdırmalar və dünya təcrübəsinin öyrənilməsi yönündə işlər aparılır. Diler fəaliyyətimiz ilkin olaraq veb səhifəmizdən daxil olan alış və satış sorğularının plastik kart və ya nəğd pul vasitəsiylə həyata keçirilməsindən ibarət olacaq. Daha ətraflı məlumat yaxın zamanda veb səhifəmizdə yerləşdiriləcək”.

Bitcoin (“bit” – məlumat vahidi, “coin” – qəpik) rəqəmsal valyuta , 2009-cu ildə Satoşi Nakamoto təxəllüsü ilə bilinən, lakin anonim bir proqramçı tərəfindən yaradılmış və hazırda heç bir ölkə qanunvericiliyi ilə tənzimlənməyən bir sistemdir. Bitcoin haqqında daha ətraflı buradan oxuyun.