Azərbaycanda kollektiv kreditləşdirmə sistemini tətbiq ediləcək

Azərbaycanda kollektiv kreditləşdirmə sistemini tətbiq ediləcək | alkredit.az

Azərbaycan Mərkəzi Bankı kollektiv kreditləşdirmə sistemini tətbiq etməyi planlaşdırır.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşdırılmasının ikinci ilinin yekunlarına həsr edilmiş konfrans çərçivəsində bank fəaliyyəti üzrə sessiyada deyib.

Onun sözlərinə görə, belə olan halda vəsaitlərin xərclənməsi üzərində məsuliyyət artacaq və nəzarət güclənəcək.

E.Rüstəmov kənd təsərrüfatının əsas növlərinin məhsullarının sığortalanması mexanizminin yaradılmasının zəruriliyini vurğulayıb: "Məsələn, əgər ABŞ-da taxılın qiyməti maya dəyərindən aşağı düşürsə, dövlət onu alır. Oxşar mexanizmi hazırlamaq lazımdır".