Azərbaycanda vasitəçi sığorta şirkəti kapitalını formalaşdırır

Azərbaycanda vasitəçi sığorta şirkəti kapitalını formalaşdırır | alkredit.az

“ALKE İ.S.T.A.Ş.” Sığorta Şirkəti ASC nizamnamə kapitalını formalaşdırır.

01 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “ALKE İ.S.T.A.Ş.” Sığorta Şirkəti ASC-nin qapalı yerləşdirilmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 4010 ədəd adi səhmlərinin ilkin buraxılışı dövlət qeydiyyatına alınmışdır.

Vergilər Nazirliyinin məlumatına görə, “ALKE İ.S.T.A.Ş.” Sığorta Şirkəti ASC 2011-ci ilin May ayında 4010 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin hüquqi ünvanı Teymur Əliyev küçəsi 1044-dür və ASC-nin qanuni təmsilçisi Rasim Babayevdir. “ALKE İ.S.T.A.Ş.” 2011-ci ildə MMC şəkilində qeydiyyata alınıb. İndi isə şirlkət təşkilati-hüquqi formasını dəyişərək ASC olub. Bununla bağlı olaraq şirkətin səhmləri buraxılıb.

Qeyd edək ki, göstərilən ünvanda "ALKE İNŞAAT SANAYİ VE TİCARET ANONİM" şirkətinin Azərbaycandakı filialı, “Alke” MMC şirkətləri də fəaliyyət göstərir. "Alke İnşaat" şirkəti "Azərsu" ASC-nin podratçılarından biridir.

“ALKE İ.S.T.A.Ş.” Sığorta Şirkəti sığorta sahəsində vasitəçilik ilə məşğul olur.

mənbə:marja