Azərbaycanda yenidən manatın devalvasiyası gündəmdədir.

Azərbaycanda yenidən manatın devalvasiyası gündəmdədir. | alkredit.az

Azərbaycanda yenidən manatın devalvasiyası gündəmdədir. 3-4 gündür, banklar və valyutadəyişmə məntəqələri dollar satmadığı üçün şirkətlər və əhali ajiotaj içindədir. Mərkəzi Bank yaranmış ajiotajı aradan qaldırmaq üçün açıqlama yayaraq, kifayət qədər valyuta ehtiyatının olduğunu və bankların tələbatının tam təmin olunduğunu bəyan edib. Elə bankların xarici valyuta satmamaları onların özlərinin də ajiotajda olmaları ilə bağlıdır.

Bu gün Azərbaycan Mərkəzi Bankı gözlənilənlərin əksinə devalvasiyaya getmədi.

Banklər ötən həftənin Cümə günündən etibarən, qonşu ölkələrdən valyutaların ucuzlaşmasının xofu ilə xarici valyuta satışlarını dayandırmışdılar. Banklarda hesab edirdilər ki, Azərbaycan Mərkəzi Bankı neftin qiymətinin aşağı düşməsi və qonşu ölkələrdəki pisləşən iqtisadi vəziyyət ilə əlaqədar olaraq yenidən devalvasiyaya gedəcək.

Bu gün Mərkəzi Bankın köhnə məzənnələrə yaxın məzənnələr açıqlaması “alovun” üstünə su səpib. Əldə etdiyimiz məlumata görə, bu gün banklarda və bir çox valyutadəyişmə məntəqərində xarici valyutaların, o cümlədən dolların satışı bərpa olunub.

mənbə:marja