Azərişıq üçün kredit məsləsinə baxılması yenə təxirə düşüb

Azərişıq üçün kredit məsləsinə baxılması yenə təxirə düşüb | alkredit.az

Asiya İnkişaf Bankı layuhə dəyəri 1 milyard dolar olan “Azərbaycanda elektrik enerjisi paylanmasının gücləndirilməsi investisiya proqramı» çərçivəsində “Azərişıq” ASC üçün kredit ayrılması məsələsinə baxılmasını 27 maydan 7 iyuna keçirib.

Bankın saytında deyilir ki, ümumi yığıncaqdan 1 həftə sonra (14 iyunda) Direktorlar Şurası ilk tranş məsələsinə baxacaq.

Maliyyələşmə hər biri 250 mln. dollar məbləğində 3 tranş yolu ilə (cəmi 750 milyon dollar) 7 regional elektrik paylama şəbəkəsinə (Aran, Bakı, Cənub, Qərb, Mərkəzi Aran, Şimal və Şimal-qərb) ayrılacaq.

Maliyyələşmədə hökumətin payı  250 mln .dollar təşkil edəcək.