Çoxmənzilli binaların əsaslı təmiri başlayır - podratçı tələb olunur

Çoxmənzilli binaların əsaslı təmiri başlayır - podratçı tələb olunur | alkredit.az

Kürdəmir şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanılır.

Sifarişçinin məlumatına görə, podratçı tender yolu ilə seçiləcək və iştirak haqqı 100 manat təşkil edir. Podratçı 21 binanın təmirini aparacaqdır.

Tender təklifləri 17 dekabr saat 9.00-dək qəbul ediləcək.

Əlavə məlumat üçün Kürdəmir Rayon İcra Hakimiyyətində (02025) 5 01 83 nömrəli telefonla Məhəmməd Hidayətov ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Sentyabr ayının 19-da Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının  2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3 milyon manat ayrılıb.

mənbə:marja