Əmanətə bağlı kartınızda qalan vəsaitə faiz hesablanacaq!

Əmanətə bağlı kartınızda qalan vəsaitə faiz hesablanacaq! | alkredit.az

“DəmirBank” müştərilərin rahatlılığını təmin etmək məqsədilə yeni “Plastik kartla yığım əmanəti” məhsulunu təklif edir. Belə ki, əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür.

Bununla bərabər, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 5%-dək gəlir qazanmaq imkanını da əldə edirlər. Plastik kart Bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum 1 illik olmaqla, AZN və USD valyutalarında açıla bilər.

Qeyd olunan əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılması mümkün olduğu üçün hesaba hətta 1 AZN/USD əlavə edilməsi mümkündür. Əmanətlərin artırılması prosesinin sədələşdirilməsi məqsədilə müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılmışdır. Vəsaitlər “DəmirBank”a məxsus istənilən ATM və POS terminallar vasitəsilə nağdlaşdırıldıqda heç bir komissiya haqqı tutulmur.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

 

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az