Əmanətləri hansı banka etibar etmək olar?

Əmanətləri hansı banka etibar etmək olar? | alkredit.az

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət banklar ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, 2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 13588 xəbər yerləşdirilib. Bunlardan 13185-i neytral, 327-si mənfi, 76-sı isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Azərbaycan Beynəlxalq Bankı (97 xəbər - bankın filialında axtarış aparılıb), Bank of Azerbaijan (53 xəbər - bankın lisenziyası ləğv oluna bilər), Unibank Kommersiya Bankı (41 xəbər - bankdan vətəndaşa qarşı özbaşınalıq).

Müsbət xəbərlər arasında liderlər: Kapital Bank  (42 xəbər - Azərbaycanın ən yaxşı bankı seçilib),

AccessBank (24 xəbər - ilin ən yaxşı bankı seçilib), DəmirBank (9 xəbər - ABŞ-ın nüfuzlu müştəri mühafizəsi sertifikatına layiq görülüb).

Xəbər sayına görə sıralama:

  1. Azərbaycan Beynəlxalq Bankı

4316 xəbər

  1. Kapital Bank

875 xəbər

  1. Unibank Kommersiya Bankı

802 xəbər

  1. Bank of Baku

629 xəbər

  1. DəmirBank

443 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 543 xəbər dərc edilib. Bu xəbərlərdən 533  xəbər neytral, 10 xəbər isə mənfi xəbərdir. Qəzetlərdə mənfi xəbərlər arasında liderlər: Bank of Azerbaijan (3 xəbər - bankın lisenziyasıi ləğv oluna bilər), Unibank  Kommersiya Bankı (2 xəbər - bankdan vətəndaşa qarşı özbaşınalıq).

Xəbər sayına görə sıralama:

  1. Azərbaycan Beynəlxalq Bankı

183 xəbər

  1. Kapital Bank

41 xəbər

  1. Unibank Kommersiya Bankı

29 xəbər

  1. VTB Bank

25 xəbər

  1. Naxçıvanbank

23 xəbər

Dekabr ayında televiziya kanallarında banklar haqqında 85 xəbər göstərilib.

  1. Azərbaycan Beynəlxalq Bankı                             28 xəbər
  2. Kapital Bank                                                        19 xəbər
  3. Naxçıvanbank                                                       11 xəbər
  4. Azər-Türk Bank                                                    8 xəbər
  5. Unibank Kommersiya Bankı                                4 xəbər

Qeyd: Mərkəzi Bank hesabatlara daxil deyil.