Ən məşhur sığorta şirkətləri AÇIQLANDI

Ən məşhur sığorta şirkətləri AÇIQLANDI | alkredit.az

“Media Consulting and Services” şirkəti bu ilin noyabr ayında Azərbaycan mətbuatında adı ən çox hallanan sığorta şirkətlərinin adlarını açıqlayıb. Fins.az-ın şirkətə istinadən yaydığı məlumata görə, ötən ay kütləvi informasiya vasitələrində sığorta mövzusuna 3536 dəfə toxunulub. Ən çox material noyabrın 13-də Bakıda İnsan resursları forumu keçirmiş “PAŞA Həyat” sığorta şirkəti haqqında verilib – 176 dəfə. 2-ci yeri tutmuş “PAŞA Sığorta” şirkəti 157 dəfə, “Azsığorta” şirkəti isə 98 dəfə mətbuatın yadına düşüb. “Məşhur” olmasına görə ilk 5-liyi “Atəşgah Həyat” (68 dəfə), “Atəşgah Sığorta” (66 dəfə) şirkətləri tamamlayıb.

 

mənbə:fins.az