​Azərbaycan sığorta bazarı 7% artıb

​Azərbaycan sığorta bazarı 7% artıb | alkredit.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətinin xətti ilə 378,9 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi məcmu ödənişlər isə 140 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Təhlil olunan dövrdə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-oktyabr aylarında 36,9 manat olub.

 

Mənbə:report