28,7 milyon İsveçrə frankına satılıb

28,7 milyon İsveçrə frankına satılıb | alkredit.az

16 karatlık dünyanın nadir brilyantları arasında yer alan çəhrayı brilyant üzük 28,7 milyon İsveçrə frankına alıcı tapıb.

İsveçrənin Cenevrə şəhərində keçirilən açıq hərracda dünyanın nadir brilyantlar arasında yer alan çəhrayı brilyant üzük 28,7 milyon İsveçrə frankına satılıb.

Məşhur "Christies" Hərrac Evinin Cenevrədə keçirdiyi hərracda bir üzüyün üzərində açıq hərraca təqdim olunan çəhrayı almaz, üç saat davam edən hərracının sonunda sadəcə bir neçə dəqiqə ərzində alıcı tapıb.

18 milyon İsveçrə frankı açılış qiyməti ilə satışa təqdim olunan 16 karatlık çəhrayı brilyant üzük, 28,7 milyon İsveçrə frankına satılıb.

Çəhrayı brilyant üzüyün yeni sahibinin adı isə açıqlanmayıb.

mənbə:marja