30 mindən artıq sahibkar kredit alıb
İndiyədək Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə sahibkarlara verilən güzəştli kreditlərin ümumi həcmi 2 mlrd dollara yaxın təşkil edib. Bu barədə fondun icraçı direktoru Şizad Abdullayev məlumat verib.
“İndiyədək fondun xətti ilə 30 mindən artıq sahibkar 2 milyarda yaxın güzəştli kredit alıb”, - deyə Ş.Abdullayev AzTV dövlət telekanalında efirə gedən “Günün nəbzi” verilişində bildirib.
Onun sözlərinə görə, indiyədək SKMF-in xətti ilə 7 minə yaxın kiçik müəssisə güzəştli kredit alıb. “Azərbaycanda kiçik müəssisələrə verilən kreditlərin ümumi həcmi 52 mln. manatı ötür”, - deyə o əlavə edib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 57 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib, bu il isə 220 mln. manat məbləğində kreditin verilməsi planlaşdırılır.
mənbə:marja