AccessBank “The Banker” tərəfindən İlin ən yaxşı bankı elan edilib 24 03.12.2015

AccessBank The Banker tərəfindən İlin ən yaxşı bankı elan edilib  24 03.12.2015 | alkredit.az

“Financial Times Ltd.” qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan “The Banker” “AccessBank-ı “Azərbaycanda ilin ən yaxşı nankı” nominasiyasında mükafatlandırıb. Bankdan fins.az-a verilən məlumata görə, təltifetmə ötən gün Londonda baş tutub. Bank son 5 ildə 3-cü dəfədir ki, bu ali mükafata layiq görülür.

“The Banker kimi nüfuzlu və mötəbər təşkilatdan yüksək mükafata layiq görülmək bizi çox sevindirir. Bu təltifat, daim müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə çalışan bütün AccessBank komandasının öz işinə olan sadiqliyinin və gərgin əməyinin göstəricisidir”, - “deyə AccessBank”ın İdarə Heyətinin Sədri Michael Hoffmann qeyd edib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, “KfW”, “LFS Financial Systems GmbH” adlı Alman konsaltinq şirkəti və “Access Holdinq” tərəfindən yaradılıb.AccessBank Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. “Fitch Ratings” agentliyi “AccessBank”ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən “BBB-“ dərəcəsi ilə qiymətləndirib.

 

 

mənbə:fins.az