Alfa Sığorta-ya Etibar Əliyev təsiri

Alfa Sığorta-ya Etibar Əliyev təsiri | alkredit.az

“Bank Technique”in rəhbərliyindəki dəyişiklik bankın sahibi olduğu sığorta şirkətinin fəaliyyətinə də təsir edəcək. Söhbət bankın təsisçisi olduğu “Alfa Sığorta” şirkətindən gedir.

Bu barədə sığorta şirkətinin idarə heyətinin sədri Camal Əliyev bildirib.

Onun sözlərinə görə, Etibar Əliyevin yenidən “Bank Technique”in müşahidə şurasının sədri təyin edilməsi “Alfa Sığorta”nın inkişafına təsir edəcək: “Lakin hələlik inkişafın detalları haqqında danışmaq tezdir”.

Xatırladaq ki, sığorta şirkətinin aprel ayından etibarən Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Quba, Şamaxı, Şirvan, Tərtər və Cəlilabad rayonlarında 8 nümayəndəliyi bağlanmışdı. İşçilər isə kütləvi şəkildə ixtisar edilmişdi. “Alfa sığorta”nın hazırda yalnız Azadlıq prospekti 117 ünvanında yerləşən əsas ofisi fəaliyyət göstərir.

Mənbə: Fins.az