Amrahbank və AzeriCard yeni xidmət təklif edib

Amrahbank və AzeriCard yeni xidmət təklif edib | alkredit.az

“Amrahbank” və “AzeriCard” prosessinq mərkəzi bankın müştərilərinə öz borclarını bankın rəsmi səhifəsində onlayn ödəmək imkanı yaradan xidmət təqdim edib. Bu barədə mərkəzin məlumatında deyilir.

“Bu xidmət banka getmədən, 24 saat real vaxt rejimində asan, operativ və etibarlı olaraq “Kredit ödənişləri” kimi bank əməliyyatını həyata keçirməsi üçün imkan yaradır”,- deyə məlumatda bildirilir.

“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları Beynəlxalq İnvestisiya Bankı (45,84%) və fiziki şəxslərdir (54,16%).

“AzeriCard” prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.