“AtaBank” ASC plastik kart sahiblərini x­əbərdar edir! ­

AtaBank ASC plastik kart sahiblərini x­əbərdar edir! ­ | alkredit.az

“AzeriCard" prosessinq mərkəzi mütəmadi­ olaraq ildə bir neçə dəfə xidmət səviyy­əsinin yüksəldilməsi məqsədi ilə daxili ­sistemində yenilənmə işləri aparır. ­

Prosessinq mərkəzinin rəsmi məlumatına ə­sasən, oktyabr ayının 16-dan 17-nə keçən­ gecə, növbəti yenilənmə işlərinin aparı­lması ilə əlaqədar olaraq gecə saat 00:­00-dan səhər saat 06:00-dək bankomat şə­bəkəsi, POS-terminallar, plastik kartlar­ və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq. Xahiş edirik əməliyyatlarınızı planlaşdırarkən məlumatı nəzərə alasınız.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

www.atabank.com

www.facebook.com/atabank