Avro Bölgəsində deflyasiya geriyə dönüb, Avro ölür

Avro Bölgəsində deflyasiya geriyə dönüb, Avro ölür | alkredit.az

Avropa Statistika Ofisinin (Eurostat) bu gün açıqladığı ilkin məlumatlara görə, 19 üzvü olan Avro Zonasında illik inflyasiya yanvar ayında 0,3 ikən, Fevral ayında -0,2% enib (deflyasiya).

Regionda ən son neqativ illik inflyasiya nisbəti -0,1% ilə 2015-ci ilin Sentyabr ayında baş vermişdi.

İllik inflyasiyaya dair bazar gözləntisi isə qiymətlərin dəyişməməsi istiqamətində idi.

Məlumatın açıqlanmasının ardınca Avro Dollar qarşısında ucuzlaşmağa başlayıb. Avro/dollar məzənnəsi 1.0899-a düşüb.

Qiymətlərin artmaması Avropa Mərkəzi Bankının pul siyasətini daha da yumuşaldacağı və monetar təşviqi artıraca, depozit faizini mənfi zonada daha da şağı salacağı gözlənilir.

Avro Bölgəsi inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, Fevralda ən çox illik inflyasiya artımı 1%-lə xidmətlər sektorunda baş verib. Onun ardınca 0,7 faiz ilə qida, alkoqol - tütün məhsulları və 0,3%-lə də enerji xaric qeyri-neft sənayesi məhsulları gəlir. Bu dövrdə enerji (yanacaq) qiymətləri isə 8 faiz azalıb.

Avro Bölgəsində Fevral ayında baza inflyasiya da illik 0,9% artım gözləntisindən aşağı qalaraq 0,7% artıb.

İnflyasiya, Avropa Mərkəzi Bankının (ECB) qiymət sabitliyini təmin etmək üçün hədəf seçdiyi 2%-dən olduqca aşağıdır.

Analitiklər, Avro Zonasında inflyasiyanın neft qiymətlərində davam edən zəifləmədən və qlobal iqtisadiyyatdakı mənfi məqamlardan dolayı gələcək aylarda daha da aşağı düşə biləcəyindən narahatdırlar.

ECB, aylıq 60 milyard avroluq istiqraz alışı proqramına (monetar genişlənmə) 9 Mart 2015-dən başlamışdı. Sözügedən proqram ilə, Avro Bölgəsində qiymət sabitliyinin təmin edilməsi və tələbatın stimullaşdırılması məqsədi güdülür. Bankın 10 Martdakı toplantısında pul siyasətini yenidən nəzərdən keçirəcəyi gözlənilir.