Avropanın iki nəhəng birjası razılaşdı

Avropanın iki nəhəng birjası razılaşdı | alkredit.az

London Stock Exchange Group (LSE) və Deutsche Boerse AG, birləşmək üçün yekun razılığa gəliblər. İki şirkət UK Holding Co adı altında birləşəcəklər.

Əldə edilən razılaşmaya görə,UK Holding CO, LSE və Deutsche Boerse səhmdarlarına müraciət edəcək. LSE səhmdarları əllərindəki hər bir səhm üçün 0,4421 UK Holding Co (UK Topco) səhmi alacaq. LSE-nin UK Topco-da ümumi payı 45,6 faiz, Deutsche Boerse səhmdarlarının payı 54,4 faiz olacaq.

Birləşmə prosesində Deutsche Boerse səhmdarları bir səhmə 2,25 Avro, LSE səhmdarları isə 25,2 peni dividend alacaqlar.

LSE-Deutsche Boerse birləşməsinin ildə 450 milyon avro xərc sinerjisi yaradacağı gözlənilir.

 

mənbə:marja