Avtomobil kreditlərinin faizləri aşağı düşür

Avtomobil kreditlərinin faizləri aşağı düşür | alkredit.az

Bank bir-birinin ardınca yeni məhsullarını bazara çıxardır və yeni filiallarını açır.

Bank bu günlərdə yeni “Avtomobil” krediti şərtlərini açıqlamışdır. Kredit faiz dərəcələrinin münasib olması ilə diqqəti cəlb edir.

Belə ki, Bankın yeni "Avtomobil" kreditinin illik faiz dərəcələri 36 aya qədər – 14%, 48 aylıq – 15%, 60 aylıq – 16% təşkil edir. Kredit üzrə FİFİD min. 19.08% – maks. 23.3%-dir. Kredit məbləğinin 1% həcmində birdəfəlik xidmət komissiyası tutulur.

Qeyd edək ki, digər kredit təşkilatlarında faiz dərəcələri 16-23% civarında dəyişir. Bəzi banklar yalnız dollarda verilən avtomobil kreditləri üzrə 14% təklif edirlər.

Azər Türk Bank avtomobil kreditini 70 000 manatadək (yaxud USD ekvivalenti) təklif edir.

Krediti götürmək üçün borcalanın şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi tələb olunur.

İlkin ödəniş, istehsal tarixindən 1 ildən çox vaxt keçməmiş və bazar dəyəri 30,000 AZN-dən aşağı olan avtomobillər üçün  minimum 50% miqdarında, tehsal tarixindən 1 ildən çox vaxt keçməmiş və bazar dəyəri 30,000 AZN-dən yüksək avtomobillər üçün minimum 40% miqdarında və bazar dəyərindən asılı olmayaraq istehsal tarixindən 1 ildən çox vaxt keçmiş avtomobillər üçün ilkin ödəniş  minimum 80% miqdarında olmalıdır.

“Hər kəs xəyallarının avtomobilinə Azər Türk Bankın "Avtomobil" kreditləri ilə sahib ola biləcək”, - Bank yeni məhslunun təqdimatında bildirir.

Qeyd edək ki, son vaxtlar avtomobil satışları kəskin azalıb.

mənbə: marja