Avtomobillər ilə bağlı sığortada 10%-ə yaxın artım

Avtomobillər ilə bağlı sığortada 10%-ə yaxın artım | alkredit.az

2016-cı ilin may ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 067 müqavilə qeydiyyata alınmışdır.

İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, bunların 11 221-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.

2016-cı ilin may ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,5 milyon manat təşkil etmişdir.

2015-ci ilin may ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9%, sığorta haqlarının məbləğində isə 9,9% artım müşahidə edilmişdir.

May ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin aprel ayı ilə müqayisədə 1.6% azalaraq 75.7 manat təşkil etmişdir.

May ayında 733 Yaşıl Kart müqaviləsi bağlanılmışdır

May ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 733 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 680 müqavilə Türkiyə və İran İslam Respublikasına, 51 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 2 müqavilə isə Moldova və Ukrayna Respublikasına səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.

May ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 87 080 manat təşkil etmişdir.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 520-si minik, 106-sı yük, 97-si qoşqu, 6-sı avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

mənbə:marja