Ayda 150 manatadək ödənişlə mənzil satışı başladı

Ayda 150 manatadək ödənişlə mənzil satışı başladı | alkredit.az

Son vaxtlar mənzilə ehtiyacı olan ailələrin problemlərinin həlli istiqamətində bir sıra təkliflər irəli sürülür. Təkliflərdən biri insanların  100-150 manat ödəməklə mənzil əldə edə bilmələridir.

“AAAF Park” Yaşayış Kompleksi dövlətimizin sosial ipoteka siyasətinə uyğun olaraq və bank faizlərin yüksək olmasını nəzərə alaraq 5 % ilkin ödəniş etməklə 25 illik daxili ipoteka ilə mənzil satışına başlayıb.

AAAF Parkın təsisçisi Tofiq Heydərov bildirib ki, daxili imkanlarından istifadə edərək mənzilə ehtiyacı olan insanlar üçün şərtlər daha da “yumuşaldılıb”:

“Bizim kampaniyalar müştərilərimizin bizə olan müraciətləri əsasında hazırlanır. Biz ötən kampaniyalarımızda daxili kreditlərimiz hesabına uzunmüddətli kreditlər vermişik. 10-15 illik ipoteka kreditlərimiz olub. Son kampaniyamızda biz ilkin ödənişi də 5%-ədək azaldaraq, ödəniş müddətini 25 ilədək artırmışıq. Əvvəllər, ilkin ödəniş 10% idi. Hamımız bilirik ki, respublikamızda kreditlər yüksək faiz ilə verilir. Son vaxtlar cənab prezidentimiz İlham Əliyev müvafiq qurumlara sosial ipoteka ilə bağlı tapşırıqlar verib. Biz də bir şirkət olaraq dövlətimizin atdığı hər bir siyasəti dəstəkləyir və bunun üçün çalışırıq ki, öz daxili imkanlarımızdan istifadə edək. Biz çalışdıq ki, insanlar bu kampaniya ilə 2000-2500 manatdan başlayan ilkin ödənişlər və ayda 150 manat ödəməklə mənzil  əldə edə bilsinlər.

Kampaniyanın şərtlərinə görə oktyabr ayının 15-dək hər bir Azərbaycan vətəndaşı 5 % ilkin ödəniş etməklə 25 il müddətinə qədər mənzil əldə edə biləcəkdir. Kampaniyadan yararlanmaq və ev sahibi olmaq istəyən hər bir şəxs şəxsiyyət vəsiqəsi və 5 % ilkin ödəniş məbləği ilə “AAAF Park” Yaşayış Kompleksinin Satış Şöbəsinə yaxınlaşaraq, istədiyi mərtəbədən 1, 2 və 3 otaqlı mənzilləri rəsmiləşdirə bilər.

Yeni kampaniyanın sosial layihə kimi düşünüldüyündən iş yerindən arayış da tələb olunmur.

Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksində çoxillik ödəmə şərtləri ilə satılan mənzillərin 3 ilə təhvil verilməsi və hal-hazırda inşaasına başlanılmış 16 mərtəbəli yaşayış binalarında olması nəzərdə tutulmuşdur. Təməl qazma mərhələsində olan mənzilin 1 m²-nin baza qiyməti 650 manat, tikilməkdə olan mənzilin 1 m²-nin baza qiyməti 750 manat təşkil edir və hər kredit ili üzrə əsas məbləğə 30 manat əlavə edilir.

Nümunə: Təməl qazma mərhələsində olan bir mənzili nəğd qaydada əldə edərkən hər 1 m² üzrə 650 manat təşkil edəcəyi halda 1 illik müddətinə kredit ilə əldə edərkən bu məbləğ (baza qiyməti + 30 manat 1 illik bahalaşma) = 680 manat təşkil edəcəkdir.

25 illik hesablama ilə: 1 otaqlı 31.2 m²-lik mənzil əldə etmək üçün 2 598 AZN ilkin ödəniş edərək, 25 il isə ayda 138 manat ödəməklə mənzil sahibi ola bilərsiniz. 2 otaqlı 63.1 m²-lik mənzil əldə etmək istəyən şəxslər isə 5 256 manat ilkin ödəniş, 25 il ayda 280 manat ödəməklə mənzil sahibi ola biləcəkdir.

 

 

mənbə: marja