Azərbaycanın cari əməliyyatlar balansı defisitin astanasında

Azərbaycanın cari əməliyyatlar balansı defisitin astanasında | alkredit.az

Mərkəzi Bank 2015-ci ilin Yanvar-İyun ayları üzrə Azərbaycanın tədiyyə balansı barədə məlumatı açıqlayıb.

2015-ci ilin birinci yarısında  Azərbaycanın cari əməliyyatlar balansında 63 min 280 dollar profisit yaranıb.

Cari əməliyyatlar balansı üzrə daxilolmalar 12,06 milyard dollar, ödənişlər isə 11,99 milyard dollar təşkil edib.Qeyd edək ki, 2014-cü ildə Azərbaycanın cari əməliyyatlar balansında 10,43 milyard dollarlıq profisit yaranmışdı.

Cari əməliyyatlar balansında neft qaz sektoru üzrə 3,9 milyard dollarlıq profisit, digər sektorlar üzrə isə 3,84 milyard dollarlıq kəsir yaranıb.

Cari əməliyyatlar balansının tərkib hissələrindən biri olan Xarici ticarət balansı üzrə daxilolmalar 8,68 milyard dollar, ödənişlər 4,92 milyard dollar, profisit isə 3,76 milyard dollar olub.

Cari əməliyyatlar balansının digər bir tərkib hissəsi olan Xidmətlər balansı üzrə isə daxilolmalar 2,16 milyard dollar, ödənişlər 4,56 milyard dollar, kəsir isə -2,40 milyard dollar təşkil edib.

2015-ci ilin Yanvar-İyun ayları üzrə Azərbaycanın tədiyyə balansı

Min ABŞ dolları
Göstəricilər KREDİT DEBET FƏRQ
(daxilolmalar) (ödənişlər)
1 2 3 4
A. CARİ ƏMƏLİYYATLAR HESABI 12 058 364 11 995 084 63 280
NEFT-QAZ SEKTORU 8 282 604 4 383 305 3 899 299
DİGƏR SEKTORLAR 3 775 760 7 611 779 -3 836 019
XARİCİ TİCARƏT BALANSI 8 677 127 4 919 032 3 758 095
Neft-qaz sektoru 7 850 040 933 818 6 916 222
Digər sektorlar 827 087 3 985 214 -3 158 127
Malların ixracı (FOB) 8 677 127 8 677 127
Neft-qaz sektoru 7 850 040 7 850 040
Digər sektorlar 827 087 827 087
Malların idxalı (FOB) 4 919 032 -4 919 032
Neft-qaz sektoru 933 818 -933 818
Digər sektorlar 3 985 214 -3 985 214
XİDMƏTLƏR BALANSI 2 159 404 4 562 958 -2 403 554
Neft-qaz sektoru 316 270 2 058 116 -1 741 846
Digər sektorlar 1 843 134 2 504 842 -661 708
Nəqliyyat xidmətləri 751 018 484 529 266 489
Turizm xidmətləri 1 104 778 1 223 191 -118 413
Rabitə xidmətləri 48 812 76 768 -27 956
Tikinti xidmətləri 11 491 1 945 912 -1 934 421
Neft-qaz sektoru 1 781 376 -1 781 376
Digər sektorlar 11 491 164 536 -153 045
Maliyyə xidmətləri 1 957 9 521 -7 564
Hökumət xidmətləri 10 921 77 524 -66 603
Digər işgüzar xidmətlər 230 427 745 513 -515 086
Neft-qaz sektoru 276 740 -276 740
Digər sektorlar 230 427 468 773 -238 346
İLKİN GƏLİRLƏR 652 435 1 966 727 -1 314 292
Neft-qaz sektoru 116 294 1 391 371 -1 275 077
Digər sektorlar 536 141 575 356 -39 215
TƏKRAR GƏLİRLƏR 569 398 546 367 23 031
B. KAPİTAL HESABI 2 122 -2 122
QEYRİ-MALİYYƏ AKTİVLƏRİNİN
ALINMASI / SATILMASI 2 122 -2 122
Xalis maliyyə Xalis maliyyə
aktivləri öhdəlikləri
("+" - artıb, "-" - azalıb) ("+" - artıb, "-" - azalıb)
MALİYYƏ HESABI 8 935 764 2 664 055
NEFT-QAZ SEKTORU 1 147 280 1 554 922
DİGƏR SEKTORLAR 7 788 484 1 109 133
BİRBAŞA İNVESTİSİYALAR 1 696 978 2 143 341
Neft-qaz sektoru 1 163 096 1 682 738
Digər sektorlar 533 882 460 603
NEFT BONUSU 2 000
PORTFEL İNVESTİSİYALARI 181 889 748 203
DİGƏR İNVESTİSİYALAR 7 056 897 -229 489
Neft-qaz sektoru -15 816 -129 816
Digər sektorlar 7 072 713 -99 673
Aktivlər 7 056 897
Depozitlər və nağd valyuta 4 571 200
Kreditlər və ssudalar 8 127
Ticarət kreditləri və avanslar 2 477 570
Öhdəliklər -229 489
Depozitlər və nağd valyuta -259 850
Kreditlər və ssudalar -23 199
Ticarət kreditləri və avanslar 53 560
Ç. EHTİYAT AKTİVLƏRİ -6 309 300
Göstəricilər KREDİT DEBET FƏRQ
(daxilolmalar) (ödənişlər)
D. BALANSLAŞDIRICI  MADDƏLƏR 98 749 -98 749

TƏDİYƏ BALANSI NƏDİR?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir. İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.

Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.

Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.

Ümid edək ki, bu il Azərbaycanın tədiyyə balansı defisitli olmayacaqdır. Əgər tədiyyə balansı defisitli olarsa, bu, növbəti devalvasiya ehtimalını artırır.

Devalvasiya, adətən, ölkələrin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün apardığı bir siyasət kimi tanınır.

İqtisad ədəbiyyatda, "sabit valyuta məzənnəsi sistemlərində, dövlətin rəsmi valyuta məzənnəsini yüksəldərək, milli valyutasının xarici dəyərini aşağı salması prosesi" kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.

mənbə:marja