Azərbaycan Çin biznesmenlərini gözləyir 78

Azərbaycan Çin biznesmenlərini gözləyir  78 | alkredit.az

İqtisadiyyat Nazirliyi Çin iş adamlarını Azərbaycanda biznes qurmağa dəvət edib. Bu təklif İqtisadiyyat naziri Şahin Mustafayevlə Çinin ölkəmizdəki səfiri Xun Tsyuinlə görüşdə səslənib.

Görüşdə nazir bildirib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir. Nazir Çinlə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və s. sahələrdə əlaqələr üçün geniş imkanların olduğunu da bildirib. Bundan başqa, Ş.Mustafayev bildirib ki, Çin şirkətləri Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında da geniş fəaliyyət göstərə bilərlər.

Cavabında Çin səfiri ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Və qeyd edib ki, görüşdə səslənən təklifləri çin iş adamlarına çatdıracaq. Görüşdə Şahin Mustafayev Çinin Kommersiya nazirini və iş adamlarını ölkəmizə səfərə də dəvət edib.

mənbə:fins.az