Azərbaycan banklarından birinin rəhbərliyində dəyişiklik ola bilər

Azərbaycan banklarından birinin rəhbərliyində dəyişiklik ola bilər | alkredit.az

Aprelin 29-da “Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan fins.az-a verilən məlumata görə, tədbir bankın baş ofisində, Xətai prospekti, 38 ünvanında, saat 11:00-da olacaq. Yığıncağın gündəliyinə “Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının tərkibi haqqında məsələ daxildir. Xatırladaq ki, bankın səhmdarları Rusiyanın “VTB” Bankı (51%), “Ata Holdinq” (48,99%) və bir fiziki şəxsdir (0,01%).