Azərbaycan nefti bir az da ucuzlaşdı

Azərbaycan nefti bir az da ucuzlaşdı | alkredit.az

Dekabrın 10-da London əmtəə birjalarında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 40,42 dollara satılıb. Bu barədə fins.az Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar Departamentinə istinadən xəbər verir. Məlumata görə, bu, dekabrın 9-da qeydə alınmış qiymətdən 0,52 dollar və yaxud 1,3% azdır.