Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb | alkredit.az

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,48 dollar yaxud 3,84% artıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,03 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

mənbə:marja