Azərbaycanda ən bahalı krediti alan bölgələr

Azərbaycanda ən bahalı krediti alan bölgələr | alkredit.az'

Mərkəzi Bank xəbər verir ki, 08.01.2015-ci il tarixinə kredit qoyuluşlarında Azərbaycan üzrə orta faiz dərəcəsi 13,4% olduğu halda, bu nisbət Lənkəran iqtisadi rayonunda 24%-dir. Bu iqtisadi rayonda qısamüddətli kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 30,3%, xarici valyutada isə 26,5% təşkil edib. Bu rayonun əhalisi və müəssisələri uzunmüddətli kreditlər üçün orta hesabla illik 22,4- 24,3% ödəyirlər.

Ən bahali kreditləri istifadə edən digər iqtisadi rayonlar Dağlıq Şirvan (23,0%), Aran (22,9 6%), Şəki – Zaqatala (22,1%) və Quba-Xaçmazdır (20,7).

Azərbaycanda milli valyutada ən bahalı krediti alan iqtisadi rayon isə Yuxarı Qarabağ iqtisadi rayonudur (33,2%). Dağlıq Şirvanda manatla qısamüddətli kreditlər orta hesabla 31,7%-lə, Şəki-Zaqatalada 29,6%-lə, Aranda 29,4%-lə, Naxçıvanda 28,1%-lə ayrılır.

ƏN UCUZ KREDİT

Azərbaycanda ən ucuz kredit Bakı şəhərindədir. Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 12%, manatda qısamüddətli kreditlər üzrə 15,2%, xarici valyutada isə 10,6%-dir. Ucuz kreditlərə görə, Bakının ardınca Naxçıvan gəlir (13,8%). Naxçıvanda milli valyutada uzunmüddətli kreditlər daha aşağı faizlə (orta 11,6%) verilir.

XARİCİ VALYUTADA ƏN UCUZ KRDİT

Azərbaycanda ən ucuz xarici valyutada kredit Gəncə-Qazax iqtisadi rayonunda verilir. Bu iqtisadi rayonda xarici valyutada qısamüddəli kreditlər üzrə orta faiz dərəcəsi 8,4%, uzunmüddətli kreditlər üzrə isə 9,1% təşkil edib. Milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 9,6%, milli valyutada uzunmüddətli kreditlər üzrə faiz dərəcəsi isə 8,2%-dir. Gəncə-Qazax iqtisadi rayonunda manatla qısamüddətli kredirlər isə bahadır (orta faiz 17,6%)

KREDİTLƏRİN 90%-Ə YAXINI BAKI VƏ ABŞERONDA VERİLİR

Avqust ayının 1-nə olan məlumata görə, cəmi kredit qoyuluşları 20 milyard 187 milyon 489,6 manat təşkil edib. Kreditlərin 83,6%-i Bakı şəhərində, 86,8%-i isə Bakı və Abşeronda verilib.

Adı

Orta faiz dərəcəsi

Qısamüddətli, milli valyutada

Qısamüddətli, xarici valyutada

Məbləğ, manat

Cəmi Azərbaycan

13,4%

17%

11,1%

20 milyard 187 milyon 489,6 min

Bakı şəhəri

12%

15,2%

10,6%

168 milyon 754 min 79,4 min

Naxçıvan iqtisadi rayonu

13,8%

28,1%

20,3%

136 milyon 525,2 min

Kəlbəcər-Laçın iqtisadi rayonu

17%

24,6%

24,0%

5 milyon 783,4 min

Abşeron iqtisadi rayonu

19,1%

19,2%

18,3%

649 milyon 486,9 min

Gəncə-Qazax iqtisadi rayonu

19,5%

17,6%

8,4%

744 milyon 31,3  min

Yuxarı Qarabağ iqtisadi rayonu

19,6%

33,2%

16,9%

61 milyon 965,2 min

Quba-Xaçmaz iqtisadi rayonu

20,7%

29,4%

24,6%

258 milyon 536,6 min

Şəki-Zaqatala iqtisadi rayonu

22,1%

29,6%

26,4%

215 milyon 334,7 min

Aran iqtisadi rayonu

22,9%

29,4%

25,4%

836 milyon 697,8 min

Dağlıq Şirvan iqtisadi rayonu

23%

31,7%

26,3%

115 milyon 571,2 min

Lənkəran iqtisadi rayonu

24%

30,3%

26,5%

288 milyon  78 min

Uzunmüddətli kreditlər üzrə orta faiz dərəcələri regionlardan asılı olaraq, milli valyutada 8,2-22,4%, xarici valyutada isə 9,1-24,7%  təşkil edib.

 

mənbə:marja