Azərbaycanda yeni kreditləşmə modeli hazırlanır - Nəzarət Palatası

Azərbaycanda yeni kreditləşmə modeli hazırlanır - Nəzarət Palatası | alkredit.az

May ayına qədər kreditləşməyə yeni baxışı və hüquqi çərçivələri müəyyənləşdirən yeni bir modeli hazırlanacaq.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

"Söhbət sağlam və məsuliyyətli kreditləşmədən gedir. Guman edirəm ki, bu model may ayına kimi hazır olacaq və biz onu bank sektorunun təmsilçiləri və içtimayyətlə müzakirə edəcəyik", - deyə Aslanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hal-hazırda kreditləşmə üçün məhdudiyyətlər yoxdur.

R. Aslanov deyib ki, banklar həm biznes, həm də istehlak kreditləri verə bilər: "Banklar tərəfindən kreditləşmənin həcminin azalması onunla izah olunur ki, daha öncə onlara kreditlər şəklində yerləşdirdikləri vəsait daha çox daxil olurdu. Bank əmanətlərinin illik artımı 30-35 faiz təşkil edirdi, 2016-ci ilin əvvəlindən əmanətlərin məbləği 1,7 milyard manat azalıb. Təkcə mart ayı ərzində azalma 150-200 milyon manat səviyyəsində olub".

İstehlak kreditləri üzrə müəyyən məhdudiyyətlərin tətbiq olunması mümkünlüyünü qeyd edən Palata sədrinin sözlərinə görə, 2012-2013-cü illərdə banklar tərəfindən müşahidə olunan aqressiv və kütləvi kreditləşməni gözləməyə dəyməz: "Bu baş versə belə, biz onun qarşısını alacağıq. İndi banklar daha çox risksiz və sərfəli kreditləşmə aparmalıdır, və onlar bunu etməyə çalışır".

Trend /ANS telekanalı