Azərbaycanlılar tərəfindən ən çox yüklənilən tətbiq

Azərbaycanlılar tərəfindən ən çox yüklənilən tətbiq | alkredit.az

Beynəlxalq APPlyzer analitik saytının statistik nəticələrinə əsasən maliyyə (finance) sektoruna aid olan tətbiqlər siyahısında azərbaycanlılar tərəfindən ən çox yüklənilən tətbiq “CİB” olmuşdur.

Bu kateqoriyadan olan rəqiblərini geridə qoymaqla “CİB” həm “Google Play Store”, həm də “iTunes Store”da yüklənmə sayına görə birinci yerə yüksəlmişdir. Dörd aydır ki, xidmətə buraxılmış “CİB” tətbiqi bu qısa zaman ərzində böyük rəğbətlə qarşılanmış və plastik kart istifadəçiləri arasında geniş yayılmışdır.

Xatırlatmaq istəyirik ki, CİB respublikamızdakı ilk vahid mobil bankçılıq həllidir. CİB tamamilə ödənişsizdir. Həllin tam funksionallığı aşağıdakı kimidir:

Hesabın idarə olunması

- Bir hesabın müxtəlif cihazalardan idarə olunması

Kartların idarə olunması

- İstənilən sayda kartların əlavə olunması

- Balansın yoxlanılması

- Əməliyyatlar üzrə çıxarışın əldə olunması

-Kartlara istənilən adın verilməsi

-Yeni kart aktivasiyası

-Çoxsaylı valyuta dəstəklənməsi

-Kartın ləğv olunması

Pul köçürmələri və ödəmələr

- Ödənişlərin aparılması

- Pul köçürmələrinin aparılması

- Mütəmadi istifadə olunan ödənişlər və köçürmələr üçün şablonların tərtib edilməsi

- Çıxarışların əldə olunması

CİB iOS istifadəçiləri üçün Apple Store http://apple.co/1L5eEy7, Android istifadəçiləri üçün isə Google Markets http://bit.ly/1GULm2b linklərindən yüklənilə bilər.

mənbə:marja