Büdcədən valyuta məzənnəsinə 320 milyon manat xərclənəcək

Büdcədən valyuta məzənnəsinə 320 milyon manat xərclənəcək | alkredit.az

2016-cı il yenilənmiş dövlət büdcəsindən valyuta məzənnəsinin tənzimlənməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Bu il valyuta məzənnəsinin tənzimlənməsinə 320 mln. manat ayrılacaq.

Bundan başqa, bu il valyuta konvertasiyasına 4 mln. manat xərclənəcək. Qeyd edilən vəsait Maliyyə Nazirliyinə ayrılması nəzərdə tutulan 24 mln. 942,770 min manata daxildir.

Mənbə: APA