Bakıda beynəlxalq neft-qaz forumu keçirilir

Bakıda beynəlxalq neft-qaz forumu keçirilir | alkredit.az

Bu gün Bakıda III Azərbaycan və Xəzər Neft-Qaz Həftəsi işə başlayıb.

Üç gün davam edəcək tədbirin təşkilatçısı Böyük Britaniyanın "Olive Kinross" biznes tədqiqatları təşkilatıdır.

Neft-qaz həftəsində 250-dən artıq nümayəndə iştirak edir. TədbirdəXəzər dənizinin enerji ehtiyatları, xüsusilə də Azərbaycan sektorundakı iri neft-qaz yataqları, "Şahdəniz", "Abşeron" qaz-kondensat yataqları, müxtəlif enerji layihələri, "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Avropaya ixracı, Cənub Qaz Dəhlizi layihəsi ətrafında müzakirələr aparılır.

Tədbirdə, həmçinin dünya enerji bazarında müşahidə olunan proseslər müzakirə olunur

 

 

Mənbə:Report