Bankın bu layihəsi internetə bomba kimi düşdü

Bankın bu layihəsi internetə bomba kimi düşdü | alkredit.az

Kapital Bank”ın “Səndən 1 dənədir” layihəsi ictimaiyyətdə böyük marağa səbəb olub. Yüzlərlər Facebook istifadəçisi öz səhifəsində bu layihə barədə paylaşım edib.

“Səndən 1 dənədir” layihəsi üzrə www.sendenbirdenedir.az saytı yaradılıb. Bu saytda xüsusi xanaya ad və soyadınızı yazdıqda sertifikat təqdim olunur. Sertifikatda ada uyğun insanın malik ola biləcəyi xüsusiyyət yazılır. Bu sertifikatı yükləmək və sosial şəbəkədə paylaşmaq mümkündür.

Layihənin məqsədi hər kəsin 1 dənə olduğunu vurğulamaqdır.

Tezliklə layihə barədə ətraflı məlumat veriləcək.