Bank BTB-dən YENİ PLAN

Bank BTB-dən YENİ PLAN | alkredit.az

Bank  kiçik və orta biznesi özünə cəlb edəcək

Bank BTB ASC kiçik və orta biznes sahibkarlarına dəstəyini genişləndirir. Bu bardə Bankdan “Marja”ya bildirilib.

"Bank BTB ASC dövlət başçısının kiçik və orta sahibkarlığın inkişafına hər zaman xüsusi diqqət göstərdiyini və bununla əlaqədar verdiyi tapşırıqları nəzərə alaraq, yenilənmiş strateji plana əsasən, kiçik və orta sahibkarlıq subyektlərinə müxtəlif çeşidli məhsullar və xidmətlər təklif edir. Bank bu strateji dövrdən başlayaraq, müştərilərə fərdi yanaşma və operativ xidmətə daha çox önəm verəcək, “müştəri ilə böyümə” strategiyasını həyata keçirəcək və loyal müştəri portfeli formalaşdıracaqdır.

Belə ki, yerli biznesə və sahibkarlığın inkişafına dəstək göstərərək Bank BTB ASC kiçik və orta biznes müəssisələrinə manat krediti təklif edir. Həmçinin bankda yeni hesab açmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlara fərdi yanaşılaraq xüsusi tarif paketi təqdim oluna bilər",- Bankın məlumatında deyilir.