Bank iş yerinə xəbərdarlıq məktubu göndərə bilər?

Bank iş yerinə xəbərdarlıq məktubu göndərə bilər? | alkredit.az

Problemli kreditlərlə bağlı növbəti problem ortaya çıxıb. Şəxs götürdüyü kreditin ödəməsini gecikdirən zaman bankdan onun iş yerinə ya zəng olunur ya da xəbərdarlıq məktubu göndərilir. Bəs görəsən qanunla bankın bunu etməyə hüququ çatırmı?

Bankdan ödəməsini gecikdirdiyi kredit borcu ilə bağlı işyerinə xəbərdarlıq məktubu göndərilib. Bank şirkətdən tələb edib ki, bu borcun maaşdan kəsilərək ödənilməsi təmin olunsun.
Əslində isə bankların problemli kreditlərlə bağlı müştərilərinin çalışdığı şirkətə zəng etməyə və ya xəbərdarlıq məktubu göndərməyə hüququ yoxdur. Əslində isə vətəndaşları çaş-baş salan, kredit alarkən bankın vətəndaşdan işyerindən arayış istəməsi və anketə iş yeri telefonunun əlavə olunmasını tələb etməsidir.
Halbuki qanunvericiliyə görə, problemli kreditlə bağlı bank öz müştərisini məhkəməyə verə bilər və ancaq məhkəmə qərarı əsasında icraçılar işyerinə yazılı və şifahi formada müraciət edə bilərlər.// xəzər xəbər