Bank Standard-da 50 minlik mənimsəmə

Bank Standard-da 50 minlik mənimsəmə | alkredit.az

“Bank Standard” Kommersiya Bankından (KB) dələduzluq yolu ilə 50 min manata yaxın vəsait mənimsənilib. Bununla bağlı bankın rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib.

Belə ki, bankdan balansında 2 min manat pul olan kredit kartı alan 47 yaşlı Qabil Müslümov müxtəlif vasitələrlə həmin kartdan 50 min manat pul çıxarıb. Bununla da banka külli miqdarda ziyan dəyib.

Q.Müslümov şübhə oyatmaması üçün kartdakı pulları digər banklara məxsus bankomatlardan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report