Bank Standarda müvəqqəti inzibatçı təyin edildi

Bank Standarda müvəqqəti inzibatçı təyin edildi | alkredit.az

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”a müvəqqəti inzibatçı təyin edib. Fins.az-ın məlumatına görə, bu barədə palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, son vaxtlar bankin likvidlik və kapital mövqeyi zəifləyib, buna görə də vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama aparılıb. Yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəəetmə qurumları vəziyyətdən çıxmaq üçün yetərli imkanlara malik deyil.

Palata sədri qeyd edib ki, hazırda banka dövlət dəstəyi ilə bağlı işlər aparılır: "Artıq banka pul köçürülüb. Eləcə də bankda fiziki və hüquqi şəxslərdən əmanət və depozitlərin qəbulu iyunun 2-nə qədər dayandırılıb. Bu məhdudiyyət heç bir halda bankın əməkdaşlarının maaşlarının ödənilməsinə və müştərilərə ödənişlərə təsir etməyəcək. Artıq ayrılmış likvidlik dəstəyi hesabına əmək haqqı ödənişləri başlanıb. Müvəqqəti inziöatçı bankın idarəetməsinə də nəzarət edir və faktiki olaraq idarəetməni üzərinə götürüb".

Bu çərçivədə ona verilən kreitlərin yığılması işi də həvalə olunub. Bununla əlaqədar olaraq Palata bankın müştərilərinİ öz öhdəliklərini lazımii qaydada icra etməyə çağırıR.

R.Aslanlı onu da bildirib ki, bank müflis elan edilməyib. Amma onun idarə edilməsini dövlət öz üzərinə götürüb. İlkin olaraq bankın vəziyyətini normallaşdırmaq üçün 15 milyon manat ayrılıb.

Bankdan fiziki və hüquqi şəxslərə depozitlər üzrə ödənişlərin verilməsi 1 ay müddətinə dayandırılıb. Bu prosesə 1 ay sonra iyunun 2-dən başlanacaq. Amma əmanətlərə faizlərin hesablanması dayandırılmayıb. Yəni bankın öz öhdəliklərinə əməl ediləcək. "Bank Standart"ın sistem əhəmiyyətini nəzərə alaraq o sağlamlaşdırılacaq.

mənbə:fins.az

http://fins.az/bank/899288/Bank_Standarda_muveqqeti_inzibatchi_teyin_edildi___YENILANIB.html