Bank Technique-in vəziyyətindən asılı olmayaraq problemimiz yoxdur

Bank Technique-in vəziyyətindən asılı olmayaraq problemimiz yoxdur | alkredit.az

Yeganə səhmdarı Bank Technique-in olduğu “Texnika Kapital Menecment” MMC fəaliyyətini normal davam etdirir.

Şirkətin direktoru Cəfər İbrahimov bildirib ki, yeni qanunun tələbinə əsasən “Texnika Kapital Menecment” səhmdar cəmiyyəti formasında investisiya şirkətinə çevrilərək lisenziya alacaqdır. Şirkətin sərmayə problemi də yoxdur:

“Bizim yeganə səhmdarımız “Bank Technique”dir. Bakın vəziyyətindən asılı olmayaraq şirkətin kapital problemi yoxdur. Hazırda Bank Technique-in kapitalı 460 min manatdan çoxdur. Biz gözləyirik ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bütün əməliyyatlar üçün qoyacağı yeni kapital tələbi 350 min manat olacaqdır. Hazırda bizim kapital bundan daha yüskəkdir”.

Qeyd edək ki, hazırda broker şirkətləri üçün kapital tələbi 100 min manatdır.

Cəfər İbrahimov əlavə edib ki, “Texnika Kapital Menecment” bankdan kənar, tamamilə müstəqil fəaliyyət götərir:

“Biz Bank Technique-dən kənar ofisdə fəaliyyət göstəririk, sistemimiz ayrıdır, birbaşa bankın xəzinədarlığından yaralanmırıq”.

Cəfər İbrahimov qeyd edib ki, şirkətin adının dəyişdirilmsi də gündəmdədir.

“KAPİTAL BAZARINA DAHA ÇOX ŞİRKƏT GƏLƏCƏK”

Cəfər İbrahimov kapital bazarına daha çox şirkətin gələcəyini də gözləyir:

“Mən bundan sonrakı dövrdə  Azərbaycan iqtisadiyyatı barədə nikbinəm. Yeni mərhələyə qədəm qoyuruq. Şirkətlər yeni korporativ idaretməyə keçməyə və kapitallaşmaya diqqəti artıracaqlar. Korporativ idarəetmə standartları yüksəldikcə, kapital bazarına daha çox şirkətin gələcəyini gözləyirəm. Nəticədə bazarın dərinliyi və likvidliyi artacaq, bu da bazarın inkişafına müsbət təsir göstərəcəkdir”.

“İSTƏNİLƏN ŞƏXS BİRJADA ƏMƏLİYYAT APARA BİLƏCƏK”

“Texnika Kapital Menecment”in direktoru qeyd edib ki,  artıq qiymətli kağızlar bazarında elektron və məsafəli xidmətlər göstərməyə üstünlük verilir:

“İndi broker şirkətinin ofisinin ünvanı çox əhəmiyyətli deyil. Bu gün Azərbaycan qanunvericiliyinə əsasən, müştərilər Elektron İmza vasitəsilə bizə müraciət edirlər. Biz Elektron İmza vasitəsilə qəbul etdiyimiz sifarişi dərhal Bakı Fond Birjasının sisteminə daxil edirik. Əməliyyat 5 dəqiqədə reallaşır. Sonrakı mərhələdə, yeni “Qiymətli kağızlar bazarı haqqında” qanun tam tətbiq olunduqdan sonra, artıq investisiya şirkətləri (brokerlər) öz platformalarını yaradacaqlar. Müştərilər özləri həmin platformalar vasitəsilə bibaşa birja ticarət sisteminə qoşulacaqlar. Yəni, müştəri özü sistemə daxil olub, onlayn qaydada əməliyyat apara biləcəkdir. Amma bugünkü qanunvericilik, Bakı Fond Birjasında yalnız broker şirkətlərinə əməliyyat aparmağa imkan verir, müştərilər bunu birbaşa edə bilməzlər. Hazırda bu məqsədlə Bakı Fond Birjası da özünün yeni platformasını hazırlayır”.

 

 

mənbə:marja