Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialının kredit portfeli 44,4 mln manat təşkil edib

Bank VTB (Azərbaycan)-ın Əcəmi filialının kredit portfeli 44,4 mln manat təşkil edib | alkredit.az

Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı dörd yaşını qeyd edir. Keçən dövr ərzində filial müsbət maliyyə göstəriciləri nümayiş etdirib.

1 sentyabr 2015-ci il tarixinə olan məlumata əsasən, filialın kredit portfeli 44,4 mln manat təşkil edib ki, bu da ötənilki göstərici ilə müqayisədə 28% çoxdur. Kredit portfelinin strukturunda əsas pay avtokreditlərin üzərinə düşür – təxminən 20 mln manat və ya kreditlərin 42%-i. “Əcəmi” filialı eləcə də kiçik (o cümlədən mikrokreditləşmə) və orta biznesin kreditləşməsi istiqamətini də inkişaf etdirir.

1 sentyabr 2015-ci il tarixinə olan məlumata görə, “Əcəmi” filialında kiçik biznesin kreditləşməsinə 2 mln manat vəsait ayrılıb ki, bu da keçən illə müqayisədə 18% çoxdur.

Filial həmçinin ipoteka kreditləşməsini genişləndirməyi qarşısına məqsəd qoyub. Belə ki, bu istiqamətdə uğurla addımlayaraq son bir ildə filial ipoteka üzrə portfelini 12,8 mln manata və ya kredit portfelinin 30% qədər artırıb.

Müsbət göstəricilər depozit portfeli üzə də nümayiş olunur. Əmanətlərin həcmi 2 mln manatı keçib ki, bu da 2014-cü ilin sentyabr ayına olan göstəricini 69% üstələyir.

“Bizim filial bankda pərakəndə kreditləşmə üzrə birinci yerdədir. Biz müştərilərimizə geniş spektrdə bank xidmətləri göstəririk. Bizim komanda nail olduqları ilə kifayətlənmək niyyətində deyil və müştərilərinə keyfiyyətli xidmət göstərməyə, bununla da bank VTB (Azərbaycan)-ın inkişafına öz tövhəsini verməyə davam edəcək” – deyə, “Əcəmi” filialının direktoru Anar Zeynalov bildirib.

 

Arayış üçün:

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub