Bank VTB (Azərbaycan)-ın aktivləri artıb

Bank VTB (Azərbaycan)-ın aktivləri artıb | alkredit.az

2015-ci ilin birinci yarısında bankımızın aktivləri 47% artaraq 340 mln manat təşkil edib. Bankın kredit portfeli 56% artıb və 337 mln manatı keçib.Milli valyutada olan kreditlərin payı ümumi portfeldə təxminən 70,5 mln təşkil edib. Bu da 2014-cü ilin həmin dövrü ilə müqayisədə 14% çoxdur. Xarici valyutada olan kreditlər 112 mln manat və ya 72% artaraq 267 mln manata çatıb. 
2015-c ilin 1-ci yarısında bankımızın depozit portfelində artım müşahidə olunub: əmanətlərin həcmi təxminən 40 mln manat olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 24 mln manat çoxdur. Son il ərzində bank filial şəbəkəsini artırıb və bu gün 14 filiala sahibdir. Bankomat və pos-terminalların sayı 2 dəfə artaraq 15-ə çatıb. Bankın əməkdaşlarının sayı 500 nəfəri keçib. 2015-ci ilin 1 iyul tarixinə bankın müştərilərinin sayı 16 mindən 27 minə çatıb.