Bank VTB (Azərbaycan) “Fiksi-şou” tamaşasının sponsoru olacaq

Bank VTB (Azərbaycan) Fiksi-şou tamaşasının sponsoru olacaq | alkredit.az

Bank VTB (Azərbaycan) Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə əməkdaşlığa davam edir. Bu dəfə bankın dəstəyi ilə Yeni il ərəfəsində teatrın səhnəsində uşaqlara “Fiksi-şou” tamaşası nümayiş olunacaq. “Fiksi-şou”-da uşaqlar nəinki tamaşaçı, eləcə də iştirakçıya çevriləcək.

“Bu ilin əvvəlindən bizim bank Rus dram teatrı ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində biz bir sıra teatr layihələrini dəstəkləyirik ki, bu da Azərbaycan əhalisinə Rusiyanın aparıcı teatr kollektivləri və tamaşaları ilə tanış olmağa imkan verir. Belə tamaşalardan birinə gənc tamaşaçılar Yeni il ərəfəsində baxa biləcək”- deyə, bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

 

Arayış üçün:

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub