Banklar 106 mindən çox müştərini itirib

Banklar 106 mindən çox müştərini itirib | alkredit.az

Borcalanların sayının artımında böyük azalma

Mərkəzləşdirilmiş Kredit Reyestrindəki ümumi statistik məlumatlara görə, bu ilin 10 ayında cəmi borcalanların sayı 202 min 954 sayda artaraq 2 milyon 519 min 494-ə çatıb.

Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin 10 ayında borcalanların sayı 308 min 977 sayda artmışdı. Qısası, ötən ilin 10 ayı ilə müqayisədə bu ilin 10 ayı ərzində borcalanların sayı 106 min 23 sayda az artıb.

Bu ilin 10 ayında zamin şəxslərin sayı 116 min 197 artaraq 1 milyon 195 minə çatıb. Ötən ilin 10 ayında zamin şəxslərin sayı 228 min 351 artmışdı.

Bu ilin Yanvar-Oktyabr aylarıda kredit məlumatlarının sayı 1 milyon 551 min 731 artıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 33,4% azdır.Ötən ilin eyni dövründə kredit məlumatlarınnı sayı 2 milyin 70 min 203 sayda artmışdı.

Oktyabr ayının sonunda cəmi kredit məlumatlarının sayı 10 milyon 529 min 590 olub.

Cəmi borcalanlara, cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar da daxildir. Eyni zamanda cəmi kredit məlumatlarına tam ödənilmiş kreditlər də daxildir.